Sənin gözlərində boğuldum.
Payız zərif küləklə sığal çəkdi gecəyə.
İlk xəzanla doğuldum.
Boş parkın hönkürtüsü.
Yaş asfalt bir az xəstə.
Yağış da incə, qəddar.
Qırıq ürək boş qəfəsdə.
Sökülmüş arzuların xarabasında,
Arası kəsilməz gülüşlə ağlayırdı,
Kor rəssam şikəst atlar arabasında.
Sən də başqa, mən də başqa.
Dərd də, qəm də başqa.
Yaddaşım sanki bir şeir kimi cızıldı daşda.
Küçələrin qaranlığında,
Çox sağol ki, bir mələk kimiydin.
Saçıların ipək kimiydi, sözlərin külək kimiydi.
Çox sağol!

HOST Alliance – Proza
İyun 7, 2008
H.O.S.T. Alliance – Ümidlər qəbirstanlığı
İyun 7, 2008QARAQAN
Parçalandı qəlbimin sınıq divarları
Göz yaşımla qızdırırdım soyuq məzarları
Son intizarları səbrimin aşar hasarları
Ölmüş ümidlər qəbirstanlığının açarları
Nəzərləri azarları
Arzular uzaq qırıldı qələmi yandı kağızı dəli yazarların
Dərin əsərləri sevgimin edildi ixtisar
Qəlbimin bağlanır yalan gülüş bazarları
Qəzəlləri yazmışam mən zümü alova atmışam mən
Yatmışam mən iztirab dənizlərində batmışam mən
Tənha Ozanam ayağım altda keçmişin xəzəlləri
Göz yaşlarım doldurar neçə Xəzərləri
Aşiqanə repçinin eybəcər gözəlləri
Sona çatar daşıdı kürəyi əbədi bəd nəzərləri
Qatarları əridi yox oldu dəmir yollarında
Qırmızı bulaqlar axanda Qolarımda
Mən ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (onsuzda görmür hüç nə )
İnsanlardan qurtaraq Məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər(ürəylər) Qəbirstanlığı
(Ağlayan da insan Ağladan da insan )
DƏRVİŞ
Mən ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (onsuzda görmür hüç nə )
İnsanlardan qurtaraq Məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər(ürəylər) Qəbirstanlığı
(Ağlayan da insan Ağladan da insan )
AİD
Sevgi hekayəsi… deyil qəm nağılıdı yazdığım
Güllər üçün bir dərə…. deyil qəbirdi qazdığım.Azdığıım
Nifrətlə dolu bir gülüş dəryasıdı..ümidlərimi sıraladığım yer
Ümidsizliy dünyasıdı..ölülərin siyahısıdı..evimə gələn dəvətnamələəər
Peyda olan çarələəər,hər tərəfdən zərbələər.endirirdi nəğmələər..
od saçirdi güllələər Qəbirlərdə çiçəyləər.azalmişdı səbəbləər.
düzgünlüyçün darıxırdı 300 görmüş qara qarğa sonsuz ömür yalan imiş bildi qaldı bağra bağra
yolunu axara satdı getti..qulağlarda qəmli repdi.sətirlərdə ölü ümiddi gözündə yaş
qalan Aiddi
Həyatımnan əsər yazdım ..yaşardı səyfələər.doldu gözlərim.öldü ümidləər..
Meyidləər məzarını gizlədi.baş daşların əzizlədi.. hər an sonunu gözlədi
..Pessimizm bizdədii
Mən ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (onsuzda görmür hüç nə )
İnsanlardan qurtaraq Məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər(ürəylər) Qəbirstanlığı
(Ağlayan da insan Ağladan da insan )

H.O.S.T. Alliance haqqında
İyun 7, 2008HOST Alliance
Azərbaycannda fəaliyyət göstərən, repçilərindən təşkil olunmuş hip-hop klanı.
Yaranması
Ankarada təhsil alan Jamal Ali, ErranT, Felon de Jure və Feck 2006-cı ilin may ayında Baku Clanı qururlar və Ankarada “Baku-Clan” adlı 1 mahnı yazılır. Bakıya qayıtdıqdan sonra Fərid, Felon de Jure, Jamal Ali, ErranT və Qaraqanın ifasında “Sənsiz” mahnısı çıxır. Yayın axırlarında Qaraqan ve Felon de Jure-un möhtəşəm “Məni qaytar”ından sonra yaradıcılıq dayanır. Amma 2007-ci ilin qışında 1 aylıq tətil ərzində demək olar ki 1 albom yazılır.
Tərkibi
H.O.S.T Allianceı PRoMete və Baku Clan təşkil etməkdədir. Baku Clan isə 7 repçidən ibarətdir. Bunlar Jamal Ali, ErranT, Felon de Jure, QaraQan, Feck, AİD və dervishdir.
Albom
2007-ci ilin iyun ayında “Proloq” adlı albomun çıxmağı gözlənilir. Alboma 18 rep kompozisiyası salınması gözlənilir. Həmin mahnılardan bəziləri bunlardır:
H.O.S.T
Məni qaytar
Yenə tək
Gəl gedək
Ölmüş ümidlər qəbiristanlığı
Heyatım əllərimdə
How we rappin’
İstəmirəm
Neçə
Xronika
Time out
Bakı
100 illik tənhalıq
Propaqanda və s.

H.O.S.T. növbəti dəfə albomlarını payladı
İyun 7, 2008H.O.S.T Alliance rep qrupu 8 nəfər gənc tərəfindən yaradılıb. H.O.S.T sözü dünyanın yarandığı 4 ünsür olan : hava, od, su və torpaq sözlərinin baş hərflərinin birləşməsidir. Qrupun bütün üzvləri türk litseylərinin məzunlarıdır və bir çoxu ali təhsilini Turkiyədə alır. Rep onlar üçün bir xobbidir. 2007-ci ildə birinci – “Prolog” adlı albomlarını təqdim etdilər. Qəyd edim ki, albom satiş üçün nəzərdə tutulmayıb və pulsuz paylanılır. Avqustun 30-u qrup ikinci dəfə albomlarını payladı.
Bəs H.O.S.T-a maraq neden qaynaqlanir ? Mence bunun sebebi onlarin replerinin mezmunudur. Uzun illərdir milli repimizdə məzmunlu rep üzünə həsrət qalmışdıq (Uran ve bir sıra reperleri çıxmaq şərti ilə). H.O.S.T məhz cəmiyyətdəki problemlərə toxunaraq, onları özünəməxsus tərzdə təqdim etməklə, şəxsən məndə özlərinə qarşı böyük maraq və hörmət yartadı. Düzdür, albomlarında sevgi mövzusunda da mahnılar var, amma onlar da özünəməxsusuluğu ilə digərlərindən fərqlənir.
Qrup uzvleri ile söhbətdə onlardan 2-ci albom barədə soruşdum. Camal Əli: “növbəti albom möhtəşəm və indiyə kimi görünməmiş bir şey olacaq, odur ki, bu bir qədər vaxt tələb edir”. Mən isə öz və dostlarım adından qrupa yalnız gələcək fəaliyyətlərində uğur arzulaya bilərəm.
RAUFRAY